QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident Aprel zəfəri ilə bağlı videoçarx paylaşdı

Videoçarx “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016” sözləri ilə paylaşılıb
Sputnik

BAKI, 2 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün "Facebook" səhifəsində Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə videoçarx paylaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, videoçarx “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016” sözləri ilə paylaşılıb.

Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan (habelə erməni separatçıları) arasında baş vermiş aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərinin başlanmasından üç il ötür.