SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğanın partiyası böyük şəhərlərdə niyə uduzdu - politoloq şərh edir

Politoloq Arzu Nağıyev deyir ki, seçkilərin nəticələrinə təsir edən əsas amil iqtisadi reformaların zəif aparılmasıdır
Sputnik

“Bələdiyyə seçkilərinin nəticələri Türkiyə hakim partiyasının istədiyi kimi olmadı”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, bir sıra böyük şəhərlərdə iqtidar partiyasının məğlubiyyəti gözlənilməz oldu: “İqtidar partiyası seçkilərə tək getsəydi, məğlubiyyət bundan da ağır ola bilərdi. Lakin MHP ilə qurulan ittifaq müəyyən müsbət nəticələr qazanmağa kömək etdi. Düşünürəm ki, seçkilərin nəticələrinə təsir edən əsas amil iqtisadi reformaların zəif aparılmasıdır. Məğlubiyyətə şərait yaradan əsas məsələlər iqtisadi proseslərlə bağlıdır”.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində bir sıra böyük şəhərlərdə müxalifət partiyası qələbə qazanıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz