CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Diqlas"la bağlı yeni xəbər gəldi

"Diqlas"da malları yanan sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə yerlər təklif olundu
Sputnik

BAKI, 2 aprel — Sputnik. Yanğından zərər çəkmiş sahibkarlar ticarət mərkəzlərində müvafiq yerlə təmin olunur.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq ticarət mərkəzləri ilə aparılan danışıqlar zamanı razılıq əldə edilib. Bu razılığa görə, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub. Artıq 20-ə yaxın sahibkar 5 ay icarə haqqı ödənilməmək şərti ilə "Aygün" və "Sədərək" ticarət mərkəzlərində, Dərnəgül şossesində yerləşən "Eurohome" tikinti bazarında ticarət obyektləri ilə təmin olunub.

“Diqlas”dakı sahibkarlar üçün xoş xəbər

Sahibkarların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir.

Qara Qarayev prospektində ticarət mərkəzində baş verən yanğınla əlaqədar yolda hərəkətə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hərəkət prospektin  metronun "Neftçilər" stansiyasından "Xalqlar dostluğu" stansiyası istiqamətində olan hissəsində bərpa edilib. Hazırda nəqliyyat vasitələri prospektin bu hissəsindən ikitərəfli olmaqla istifadə edir. Məhdudiyyətlə əlaqədar alternativ küçələrə yönləndirilən müntəzəm marşrut xətləri də artıq Qara Qarayev prospektindən keçməklə hərəkət edirlər.

Bu səbəbdən də yolda sıxlığın yaranmaması və müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının tıxacda qalmaması üçün qeyd edilən istiqamətdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmək tövsiyə edilir.

Xatırladaq ki, ötən ayın 26-sında "Diqlas" ticarət mərkəzində yanğın baş vermişdi.