BAKI, 2 aprel — Sputnik. Almaniya dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Azərbaycanda tutulub.
Sputnik Azərbaycan xəbər verir ki, Almaniyada 7 maddə ilə axtarışda olan Bolqarıstan vətəndaşı Süleyman Yıldızhan Necat Astara gömrük keçid məntəqəsində saxlanılıb.
O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.