Ukraynada seçkiqabağı ehtiraslar cövlan edir. Vladimir Zelenski dövlət başçısı postuna keçirilən seçkilərdə ikinci tura keçib. Həlledici anda o, hazırkı prezident Pyotr Poroşenko ilə kəllə-kəlləyə gələcək.
Lakin o, dövlət başçısı postuna iddia edən və bu yeri tutan ilk yaradıcı şəxs olmayacaq. Müasir siyasət tarixində belələrinin sayı xeylidir. Bir çox aktyorlar hesab edirlər ki, onların peşəsi siyasətçi peşəsi ilə oxşardır. Ona görə də film qəhrəmanlarının seçkilərə qatılması, rəhbər postları tutması və siyasi kampaniyalar keçirməsi təəccüblü deyil. Gəlin, aktyorların böyük siyasətə atılması ilə bağlı halları xatırlayaq və görək bundan nə çıxıb.