BAKI, 2 aprel - Sputnik. Paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində qəza hadisəsi baş verib. Sputnik Azərbaycan-ın müxbirinin məlumatına görə, səhər saatlarında 62 saylı marşrutla hərəkət edən 90-TG-992 dövlət nömrə nişanlı avtobus "Home Market" dükanına çırpılıb.
Xətai rayonunda qəza, avtobus dükana girdi - FOTO
© Sputnik / Ulkar Abdullayeva
Şahidlərin sözlərinə əsasən, hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.
Xətai rayonunda qəza, avtobus dükana girdi - FOTO
© Sputnik / Ulkar Abdullayeva
Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, dükana ziyan dəyib. Dükanın vitrini və giriş hissəsi sıradan çıxıb.