İQTİSADİYYAT

Kənan Qasımov turizm şirkətlərinin kateqoriyalara bölünməsindən danışdı

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyir ki, tətbiq olunması planlaşdırılan reyestr sistemi təşviqedici formada həyata keçiriləcək
Sputnik

“2015-ci ildən turizm sahəsində lisenziyaların aradan qaldırılmasından sonra ölkəmizdə xeli sayda turizm şirkəti fəaliyyət göstərməyə başladı”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

O bildirib ki, Agentliyə bəzən müəyyən narahatlıqlarla bağlı mesajlar daxil olur: “Bu da, əsasən, turizm şirkətləri və turistlərə xidmət göstərən müəssisələrlə əlaqədardır. Turizm şirkətləri və müəssisələr məsuliyyət hissindən uzaq qalaraq bəzən işlərini düzgün qurmurlar. Dövlət qurumu olaraq bu gün bizim onlar üzərində hansısa təsir mexanizmimiz yoxdur. Tətbiq olunması planlaşdırılan reyestr sistemi isə təşviqedici formada həyata keçiriləcək. Bu baxımdan dünya təcrübəsini öyrənirik və ilk növbədə turizm şirkətlərinin kateqoriyalaşdırılması nəzərdə tutulur. Kateqoriyaları almaq üçün müəyyən şərtlər hazırlanıb tətbiq olunacaq. Artıq yüksək kateqoriya əldə etmək turizm şirkətləri üçün prestij məsələsi olacaq. Qeyd edim ki, bu, hələ yekun variant deyil və layihə hələ işlənir”.

Kənan Qasımovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz