Azərbaycanlı model dünyaca ünlü aktyor və müğənnini valeh etdi

Azərbaycan əsilli ukraynalı model, "Miss Ukraina-2015" gözəllik müsabiqəsinin vitse-miss titulunun sahibi Fəridə İbrahimova gözəlliyi ilə ümumdünya şöhrətli amerikalı müğənni, Qremmi mükafatçısı Ni-Yo-nu valeh edib
Sputnik

BAKI, 1 aprel — Sputnik. Azərbaycan əsilli ukraynalı model, "Miss Ukraina-2015" gözəllik müsabiqəsinin vitse-miss titulunun sahibi Fəridə İbrahimova gözəlliyi ilə ümumdünya şöhrətli amerikalı müğənni, Qremmi mükafatçısı Ni-Yo-nu valeh edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, model müğənni ilə birgə şəklini özünün Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. İbrahimova Ni-Yo ilə onun Dubayda verdiyi konsert zamanı görüşüb və onunla tanış olmaq qərarına gəlib. Müğənni məmnuniyyətlə onunla görüşməyə və tanış olmağa razılıq verib.

"Doğrudur, biz onunla birlikdə yaxşı görünürük" - İbrahimova müğənni ilə birgə şəklini şərh edərkən yazıb. Bu arada o da məlum olub ki, Ni-Yo azərbaycanlı modelə vurulub və onu az qala gözləri ilə "yeyəcəkmiş".

Ni-Yo (əsl adı Şeyfer Çimer Smit) — üç dəfə Qremmi mükafatına layiq görülən amerikalı müğənni, mahnılar müəllifi, prodüser, aktyor və filantropdur. 2009-cu ildə Billboard jurnalı "Onilliyin artisti" reytinqində Ni-Yo-nu 57-ci yerə qoyub.

Qeyd edək ki, Fəridə İbrahimova əsasən Ukraynada yaşayır və işləyir. O, bir sıra Ukrayna brendlərinin simasıdır. Nəinki Ukraynada, eləcə də Azərbaycanda bir çox məşhur dizaynerlərin moda həftələrində iştirak edir. Hazırda daha çox reklam layihələri ilə məşğuldur. Bu layihələrə xarici həmkarları ilə birlikdə qatılır. İbrahimova ərəb rəqslərinin də mahir ifaçısıdır.