Mətbuat mərkəzi

Moskvada "Sən supersən!" yarışına qatılan azərbaycanlı təəssüratlarını bölüşəcək

Gənc müğənni "Sən supersən!" vokal müsabiqəsində iştirakı ilə bağlı öz təəssüratlarını Sputnik Azərbaycan-ın Mətbuat Mərkəzində jurnalistlər və qonaqlarla bölüşəcək
Sputnik

 

Martın əvvəlində "Sən supersən!" vokal müsabiqəsinin yeni mövsümü start götürüb. Müsabiqəyə dünyanın beş ölkəsindən 21 yeni iştirakçı və ötən mövsümlərin 36 iştirakçısı qatılıb.

Bu vokal şousunda Azərbaycanı Bakıdakı uşaq evinin 14 yaşlı yetirməsi Xanım Əhmədiyeva təmsil edib. Baxmayaraq ki, Əhmədiyeva "Ay qaşı-gözü qara qız" xalq mahnısı ilə dərhal münsiflərin və tamaşaçıların rəğbətini qazanıb, müsabiqənin növbəti mərhələsinə düşə bilməyib.

Aprelin 3-də saat 12:00-da Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində Xanım Əhmədiyeva jurnalistlərlə görüşərək layihədə iştirakı barədə təəssüratlarını bölüşəcək.

Tədbirdə həmçinin iştirak edəcəklər:

— Aygün Tağıyeva - məşhur estrada ifaçısı, Birinci kanalda yayımlanan "Səs" musiqi layihəsinin iştirakçısı;

— Əziz Əliyev – Sputnik Azərbaycan İnformasiya Agentliyinin rəhbəri.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi