HADİSƏ

Qazdan partlayış baş verdi, xəsarət alanlar var

Qazdan partlayış iki nəfərin xəsarət alması ilə nəticələndi
Sputnik

BAKI, 1 aprel — Sputnik. Tovuz rayonunun Öysüzlü kəndində qaz partlayışı baş verib. Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, hadisə ilə əlaqədar olaraq ötən gün 23:20 radələrində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə müraciət daxil olub.

Nəticədə iki nəfər, 1964-cü il təvəllüdlü Qurbanova Zemfira və 1992-ci il təvəllüdlü İmamverdiyev Həsən Qazax rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Nazirliyin məlumatına görə, Qurbanova Zemfira travmatik şok və yuxarı ətrafların soyulmuş yarası ilə, digər xəsarət alan şəxs isə bel fəqərəsinin sınığı diaqnozu ilə xəstəxanaya yatırılıb.

Qeyd edək ki, həmin şəxslərin həyati təhlükəsi yoxdur.