CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xeyli sayda piyada əleyhinə mina aşkar edildi

İndiyədək cəmi 533,435,430 m² (53,343.5 ha) ərazi təmizlənib, 802,894 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib
Sputnik

BAKI, 1 aprel — Sputnik. 2019-cu ilin mart ayı ərzində ANAMA tərəfindən Abşeron, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Daşkəsən, Füzuli, Xızı, Qazax, Şamaxı, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt və Naftalan şəhərləri ərazisində 533,221 m² (53.32 ha) ərazi yoxlanılıb, 463 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd piyada əleyhinə mina və 4 ədəd tank əleyhinə mina (cəmi 479 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Sputnik Azərbaycan-a "ANAMA"-dan məlumat verilib. 

Ağstafada 139 ədəd partlamamış mina tapılıb

Məlumata görə, əməliyyatlarda 475 nəfər əməliyyat heyəti, 132 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 533,435,430 m² (53,343.5 ha) ərazi təmizlənib, 802,894 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Mart ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 20 (iyirmi), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Rayon Polis Şöbələrindən (RPŞ) - 3 (üç), Dövlət Sərhəd Xidmətindən (DSX) - 2 (iki) müraciət daxil olub. (cəmi 27 çağırış). Müraciətlər əsasında 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Xızı, Qazax, Şamaxı, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Sumqayıt və Naftalan şəhərləri ərazisində 71,640 kv.m ərazi yoxlanılıb, 331 ədəd partlamamış hərbi sursat (PHS), 8 ədəd piyada əleyhinə mina və 2 ədəd tank əleyhinə mina (cəmi 341 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2019-cu ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.