CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Diqlas"da malları yanmış sahibkarlara güzəştli kredit veriləcək

"Diqlas"da yanğınla bağlı yaradılmış İşçi Qrup tərəfindən sahibkarların fərdi qəbulu başa çatıb
Sputnik

BAKI, 1 aprel - Sputnik. Bakının Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən sahibkarların fərdi qəbulu başa çatdırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, 29-31 mart tarixlərində İşçi Qrupu tərəfindən keçirilmiş qəbulda 441 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı 381 sahibkar 15 milyon manatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditə ehtiyacının olduğunu bildirib və artıq sahibkarlarla işlərə başlanılıb.