CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının mərkəzində dəhşətli qəza, ölənlər var

Ağır yaralanan 60 yaşlı qadın və 30 yaşlı kişi isə 1 saylı Respublika Kliniki Tibbi Mərkəzə aparılıb
Sputnik

BAKI, 1 aprel — Sputnik. Azərbaycan Mərkəzi Bankının qarşısında bu dəqiqələrdə qəza baş verib. Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, 44 yaşlı sürücünün idarə etdiyi avtomobil piyadaları vuraraq sonradan avtobusa çırpılıb. Nəticədə avtomobili idarə edən sürücü və piyadalardan biri dünyasını dəyişib. Ağır yaralanan 60 yaşlı qadın və 30 yaşlı kişi isə 1 saylı Respublika Kliniki Tibbi Mərkəzə aparılıb.

Hadisə ilə bağlı həmin yolda böyük tıxac yaranıb.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyindən hələ avtomobilin hansı avtobusa çırpılması ilə bağlı məlumat ala bilməmişik.