Türkiyədə qan töküldü: Seçki məntəqəsində iki nəfəri güllələdilər

Səsvermə zamanı iki qrup arasında dava düşüb. Dava iştirakçılarından birinin açdığı atəş nəticəsində iki nəfər qətlə yetirilib.
Sputnik

BAKI, 31 mart — Sputnik. Türkiyənin Malatya bölgəsinin Pötürge qəsəbəsindəki seçki məntəqəsində silahlı insident baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, səsvermə zamanı iki qrup arasında dava düşüb. Dava iştirakçılarından birinin açdığı atəş nəticəsində iki nəfər qətlə yetirilib.

Ölənlərin Hasan Aktaş və İlyas Aktaş adlı şəxslər olduğu müəyyən edilib. Ərazi polis tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir.