HADİSƏ

Bakıda qardaş torpaq üstündə qardaşını güllələdi

Zabrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb.
Sputnik

BAKI, 31 mart — Sputnik.  Bakıda qardaş qardaşı odlu silahla qətlə yetirib.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, hadisə bu gün Sabunçı rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində Hacı Kamran və Hüseynbala adlı iki qardaş arasında torpaq bölgüsü aparılarkən mübahisə yaranıb. Hüseynbala evdən ov tüfəngini götürərək atəş açıb və Hacı Kamran hadisə yerində ölüb.

Hüseynbala hadisə yerindən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir.