CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Bakı Metropoliteni”ndə vacib yenilənmə

Paytaxt metrosunda yenilənmə işləri davam etdirilir
Sputnik

BAKI, 310 mart — Sputnik. “Bakı metrosunun tunellər və stansiyaları üçün 2 havalandırma sistemi gətirilib. Digər 5 havalandırma sistemi isə apreldə gətiriləcək”.

Metro sərnişinlərinə xoş xəbər - Yeni qatarlar gəlir

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətini mətbuat katibi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, Rusiya istehsalı olan bu havalandırma sistemləri artıq sınaqdan keçirilib: “İstifadədə olan bəzi havalandırma sistemlərinin istismar tarixi başa çatdığı üçün onlar yeniləri ilə əvəzlənir. Hazırda istismarda olan havalandırma sistemlərindən fərqli olaraq yenilərinin parametrləri 2-3 dəfəyədək daha güclüdür. Bu sistemləri almazdan öncə onların gücü, parametrləri yoxlanılıb”. 

Bu havalandırma sistemlərinin hansı stansiyalar üçün ayrılacağı isə hələ ki, bəlli deyil. B.Məmmədov yaxın günlərdə bu haqda məlumat verəcəyini söyləyib.