HADİSƏ

Bakıda avtobus piyadanın üstündən keçdi

Piyada üçün müəyyən edilməmiş hissədən keçən Sadiqov Nail Oktay oğlunu 165 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub
Sputnik

BAKI, 31 mart — Sputnik. Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, Bakı-Sumqayıt şosesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində piyada üçün müəyyən edilməmiş hissədən keçən 1987-ci il təvəllüdlü Sadiqov Nail Oktay oğlunu 165 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

N.Sadiqov hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.