HADİSƏ

Qaradağda avtobus qəzaya uğrayıb, yaralananlar var

Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən yük avtomobilinə çırpılıb
Sputnik

BAKI, 30 mart — Sputnik. Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Ələt qəsəbəsində baş verib.

Dövlət agentliyinin avtomobili qəza törətdi – VİDEO

Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu "Shagman" markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.

“Araz Trans” şirkətinə məxsus “Mercedes” markalı iri tutumlu sərnişin avtobusunun yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb. 

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, beynəlxaq daşımalarda iştirak edən avtobus Tbilisidən Bakıya gəlirmiş.