CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metro sərnişinlərinə xoş xəbər - Yeni qatarlar gəlir

Moskvadan gətiriləcək qatarların istismara veriləcəyi zaman bəlli oldu
Sputnik

BAKI, 30 mart — Sputnik. Sərnişinlərin ən çox istifadə etdiyi “Bakı Metropoliteni”də bəzi qatarların hələ də istismarda olması sərnişinlər tərəfindən narazılıqla qarşılanır. İstismar müddəti bitən qatarların bir hissəsi bu il xəttdən uzaqlaşdırılacaq.

Bakıda metro stansiyası yaxınlığında top mərmisi tapılıb

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Moskvada qatarlarımızın istehsal prosesinə başlanılıb: “Bu il də istismar müddətini başa vuran qatarlar yeniləri ilə əvəzlənəcək. Artıq yaxın aylarda 6 yeni qatarın, yəni 30 yeni vaqonun gətiriləcəyi gözlənilir. Həmin qatarlar yay aylarından etibarən xəttə buraxılacaq”.

Bundan başqa, B.Məmmədov davamlı olaraq qatarların cari, orta və əsaslı təmiri ilə bağlı görülən işlərdən danışıb: “Qatarların təmiri ilə bağlı 2017-ci ildən bir baza quruldu. Bu gün də əsaslı təmir sexində qatarlar modernləşdirilmiş və müasir qatarların verdiyi tələblərə uyğun olaraq təmir olunur. Bu səbəbdən də artıq bütün qatarların hamısı normal vəziyyətdədir”.

Qeyd edək ki, bir müddət öncə “Bakmil” stansiyasının açılışı ilə 3-cü qatar əsaslı təmir sexindən xəttə buraxılıb.