Avropanın ən güclü orduları açıqlandı

Avropanın ən güclü ordusuna sahib ölkələr sırasında Türkiyə ilk pillələrdə qərarlaşıb
Sputnik

BAKI, 30 mart — Sputnik. "Global Firepower" internet saytı Avropanın ən güclü ordusuna sahib ölkələrin adlarını açıqlayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu siyahıda ilk yerdə Fransa qərarlaşıb. İkinci, üçüncü və dördüncü yerləri İngiltərə, Türkiyə və Almaniya tutub.

Siyahıda 5-ci yerdə İtaliya, 6-cı yerdə İspaniya, 7-ci yerdə Polşa, 8-ci yerdə Yunanıstan, 9-cu yerdə Çexiya, 10-cu yerdə isə İsveç qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan ordusu da dünyanın 130 ölkəsinin reytinqində 53-cü yerdə qərarlaşıb.