BAKI, 29 mart - Sputnik. Azərbaycanda buğdanın idxalı və satışı, həmçinin buğda unu və çörəyin istehsalı və satışı daha 1 il müddətinə əlavə dəyər vergisindən azad edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişikliyə baxılıb.
Dəyişikliyə əsasən, vergidən azadetmə 2021-ci ilədək davam edəcək.
Qeyd edək ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də əhalinin əsas istehlak mallarına tələbatının ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 164.1.27-ci maddəsində buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.