CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəndlilərin puluna və vaxtına qənaət edəcək texnika ixtira olunub

Balakən sakini 10 işi görmək qabiliyyətinə malik texnika hazırlayıb
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 29 mart— Sputnik. Balakən rayonunun Katex kənd sakini Asim Quliyev kənd təsərrüfatında istifadə olunan qeyri-adi traktor hazırlayıb. Belə ki, traktorun mühərriki su nasosundan düzəldilib. Sürət qutusu isə bu günə qədər traktorlarda tətbiq edilməyən avtomatik sürətlər mexanizmidir.

Kəndlilərin puluna və vaxtına qənaət edəcək texnika ixtira olunub

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan A.Quliyev bildirib ki, bu traktor təsərrüfatda 10 işi görmək qabiliyyətinə malikdir. Sözügedən texnika ilə əkin sahəsini suvarmaq və generator funksiyasını yerinə yetirərək elektrik enerjisi vermək də mümkündür.

Rayon sakini bu traktoru 2 ay ərzində 1200 manata ərsəyə gətirib. Traktorun tam hazır vəziyyətdə olması üçün bir o qədər də vəsait tələb olunur.

Qeyd edək ki, dizaynı A.Quliyevin özünə məxsus olan traktor müxtəlif texnikaların işlənmiş və yararsız detallarından düzəldilib. Yeni ixtira olunan bu traktor kənd təsərrüfatında fermerlərə həm vaxt, həm də maddi tərəfdən kömək olacaq.