QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bu gün İlham Əliyevlə Nikol Paşinyan görüşəcək

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılacaq
Sputnik

BAKI, 29 mart — Sputnik. Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk dəfə rəsmi görüş keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələr aparılacaq.

Artıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasına işgüzar səfərə gedib.

Qeyd edək ki, ötən gün Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.