Əliyev və Paşinyan 1,5 saatdan çox təkbətək görüş keçirib

Bu hər iki ölkə liderinin ilk rəsmi görüşüdür
Sputnik

BAKI, 29 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Avstriya paytaxtı Vyanada təkbətək görüşü başa çatıb. Sputnik Ermənistan xəbər verir ki, hazırda liderlərə hər iki ölkənin xarici işləri və ATƏT-in Minsk qrupunun həmsədrləri qoşulub.

Qeyd edək ki, öncə hər iki ölkənin lideri geniştərkibli görüş keçirib. Geniştərkibli görüşdə ATƏT-in Minsk qrupunun həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Ancey Kaspşik də iştirak edib.

Bundan sonra Əliyev və Paşinyan təkbətək görüş keçirib.

İlk olaraq danışıqların, təxminən iki saat davam edəcəyi bəyan edilib. Geniş tərkibdə danışıqlar, təxminən 40 dəqiqə davam edib. Daha sonra Əliyev və Paşinyan 1,5 saatdan çox təkbətək görüş keçirib.

Qeyd edək ki, bu, hər iki ölkə liderinin ilk rəsmi görüşüdür.