BAKI, 29 mart — Sputnik. İsraildə dünyanın ən uzun duz mağarası aşkarlanıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, Ölü dənizin yaxınlığında yerləşən mağaranı israilli tədqiqatçılar üzə çıxarıb. Bütün dünyanın marağına səbəb olacaq mağaranın divarları duz kristalları ilə örtülüb. Hətta bəzi sırsıraların üzərində duz damcısını da görmək mümkündür.
Dünyanın ən qəribə duz mağarası aşkarlanıb
© AP Photo / Ariel Schalit
Qeyd edək ki, artıq bu mağara alimlər tərəfindən geniş tədqiq edilir.