CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Diqlas"da baş vermiş yanğınla bağlı komissiya yaradıldı

Bununla bağlı qərar baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb
Sputnik

BAKI, 29 mart — Sputnik. Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması barədə qərar verilib. Sputnik Azərbaycan Nazirlər Kabinetinə (NK) istinadla xəbər verir ki, qərar baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb. 

Prezident gözlənilən sərəncamı imzaladı

Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Komissiya yaradılsın:

Komissiyanın sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru

Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

Arif Qasımov – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı

Komissiyaya hadisənin baş vermə səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, yanğın Nizami rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzinin damında başlayıb. Hadisə yerinə Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilsə də, bina, tamamilə, yanaraq sırdan çıxıb. Hadisə zamanı 400 nəfərdən çox vətəndaşa zərər dəyib.