CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyavuş Novruzov Naxçıvandan nümunə götürməyə çağırdı

Siyavuş Novruzov ölkədə əmlakın məcburi sığortalanmasının qanuna salınmasını təklif edib
Sputnik

 

BAKI, 29 mart — Sputnik. "Ötən gün prezident İlham Əliyev yanan ticarət mərkəzi ilə bağlı müşavirə keçirib və sığorta ilə bağlı göstəriş verilib. Parlamentin İqtisadiyyat və Sahibkarlıq Komitəsində bununla bağlı layihələr hazırlanmalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında deyib.

O bildirib ki, qanun layihəsində insanların əmlakının sığortalanması məsələsi öz əksini tapmalıdır:

"Bəzi hallarda insanlar öz əmlaklarını sığorta etdirmir. Bir hadisə baş verəndə də dövlət bu məsələni öz üzərinə götürür. Naxçıvanda demək olar ki, sığorta olunmamış ev qalmayıb. Onlar aylıq sığortanı ödəyirlər. Əgər hər hansı hadisə baş verərsə, sığorta şirkətləri məsuliyyəti öz üzərinə götürürlər".

Siyavuş Novruzov dövlət başçısının müşavirədə dediyi sözləri də xatırladıb: "Baxmayaraq ki, yanğınla bağlı ziyanın ödənilməsi dövlətin işi deyil, amma dövlət hər zaman sahibkarların yanındadır".