RUSİYA

Rusiya məndənsə, Klintonun prezident seçilməsini istəyirdi – Tramp

"Əgər Rusiyada mənə qarşı nəsə olsa idi, onda bu çoxdan üzə çıxmışdı"
Sputnik

BAKI, 29 mart — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bəyan edib ki, Rusiya 2016-cı ildə keçirilən prezident seçkilərində sabiq dövlət katibi Hillari Klintonun qalib gəlməsinə üstünlük verərdi. Bu barədə Sputnik Azərbaycan "Fox News"-a istinadən xəbər verir.

"Əgər Rusiyada mənə qarşı nəsə olsa idi, onda bu çoxdan üzə çıxmışdı", - deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, Rusiyaya Klintonun qalib gəlməsi daha sərfəli olardı.