CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Konstitusiya Məhkəməsi sədrinin maaşı artırılıb

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib
Sputnik

BAKI, 29 mart - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Konstitusiya Məhkəməsi haqqında" qanunda dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, həmin qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2475) bərabərdir”.

Məhkəmə məşhur müğənni haqqında qərar verdi - FOTO

Mövcud bənd isə belədir: “Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manatdır”.

Beləliklə, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərləşdirilir. Hazırda isə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manat, Milli Məclis sədrinin maaşı isə 2475 manat təşkil edir.

Digər dəyişiklik qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə edilib. Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.