HADİSƏ

Bakıda dostlar arasında dava bıçaqlanma ilə nəticələndi

Fakt Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırılır
Sputnik

BAKI, 29 mart - Sputnik. Bakının Nərimanov rayonunda dost dostunu ayağından bıçaqlayıb.

ONA-nın xəbərinə görə, hadisə Təbriz küçəsində baş verib.

1997-ci il təvəllüdlü Pənahov Elvin Rasim oğlu dostu ilə mübahisə edib. Mübahisənin sonunda E.Pənahov sol ayağının baldır nahiyəsindən bıçaqlanıb.

Yaralı taksi ilə xəstəxanaya çatdırılıb.

Fakt Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırılır.