RUSİYA

Prezident Putinə at və it bağışladılar

Konfrans zamanı iki ölkə arasında 6 milyard dollar dəyərində saziş imzalanıb
Sputnik

BAKI, 28 mart — Sputnik. Qırğızıstan prezidenti Sooronbay Jeenbekov rusiyalı həmkarı Vladimir Putinə at və it bağışlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Prezident Putinə at və it bağışladılar

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekə səfərə gedib. Səfər zamanı hər iki lider Qırğızıstan – Rusiya regionlararası konfransa qatılıb. Konfrans zamanı iki ölkə arasında 6 milyard dollar dəyərində saziş imzalanıb. Ümumilikdə konfransda 800-dən çox nümayəndə iştirak edib.