Kremldən çox sərt açıqlama – "Hamısı yalandır"

Peskov İsrail mətbuatında Netanyahunun Putinə plan təqdim etdiyi iddiaları ilə bağlı açıqlama verib
Sputnik

BAKI, 28 mart — Sputnik. Kremlin sözçüsü Dmitri Peskov İsrail baş naziri Binyamin Netanyahunun Rusiya prezidenti Vladimir Putinə Suriya böhranının həlli üçün plan təqdim etməsi ilə bağlı iddiaları rədd edib.

Tramp-Rusiya sövdələşməsi təsdiq olunmadı

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Peskov, İsrail mətbuatında Netanyahunun Putinə plan təqdim etdiyi iddiaları ilə bağlı açıqlama verib.

Netanyahunun Moskvada keçən ay Putin ilə keçirdiyi görüşdə belə bir planın təqdim olunmadığını bildirən sözçü, "Netanyahunun Rusiya səfərində belə bir şey olmadı və bunu qəbul etmirəm" deyib. Peskov bu məsələ ilə bağlı Netanyahunun nəyi nəzərdə tutduğunu aydınlaşdırmağın lazım olduğunu bildirib.

Qeyd edək ki, İsrail mətbuatında Netanyahunun ABŞ prezidenti Donald Trampa təqdim etdiyi Suriya böhranının həlli planını Rusiyaya səfəri zamanı Vladimir Putinlə görüşdə də müzakirə etdiyi bildirilib və guya Putin bu plana çox "böyük maraq" göstərib. İsrail mətbuatında sözügedən planda İranın Suriyadan çıxarılmasının hədəfləndiyi iddia edilib.