BAKI, 28 mart — Sputnik. Bu il fevralın 14-də Göygöl rayonunda yanan kerosin lampasının üzərinə aşması ilə ciddi xəsarət alan körpə Anjela Ələkbərovadan xəbər var.
Sputnik Azərbaycan-ın xəbərinə görə, fevralın 21-də əməliyyat üçün Türkiyəyə aparılan Anjela xəstəxanadan çıxarılıb. Bu haqda körpəyə dəstək olan xeyriyyəçilərdən biri Sənan Quliyev "Facebook" statusunda məlumat paylaşıb. O, qeyd edib ki, bu müddətdə azyaşlı 8 əməliyyat keçirib və 16 gün reanimasiyada qalıb.
Qeyd edək ki, körpə xeyriyyəçi Nərgiz Babayeva və Sənan Quliyevin sahib olduğu şirkətin köməkliyi ilə əməliyyat olunub.