Prezident Xarici Kəşfiyyat Xidmətinin rəisini mükafatlandırıb

Xarici Kəşfiyyat Xidmətinin rəisinə general-leytenant ali hərbi rütbəsi verilib
Sputnik

BAKI, 27 mart — Sputnik. Prezident İlham Əliyev Orxan Sultanova general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilib.