Türkiyə ordusu daxilində nəhəng "təmizləmə": 1164 hərbçi xaric edildi

Xaric olunanlardan 601-i Quru Qoşunları, 188-i Dəniz Qoşunları, 375-i isə Hərbi Hava Qüvvələrinin hərbçiləridir
Sputnik

BAKI, 27 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələri həm ölkə daxilində, həm də xaricdə FETÖ-yə (Fətullahçı Terror Təşkilatı) qarşı əməliyyatları davam etdirir. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

FETÖ-nun Azərbaycan üzrə məsul şəxsi Türkiyəyə təhvil verilib

Məlumata əsasən, həyata keçirilən tədbirlər nəticəsində bu günə qədər Türkiyə Müdafiə Nazirliyinin razılığı ilə Türkiyə Silahlı Qüvvələrindən 1164 nəfər xaric edilib. Bundan əlavə, 106 təqaüddə olan əsgərin də rütbələri əlindən alınıb.

1164 hərbçidən 601-i Quru Qoşunları, 188-i Dəniz Qoşunları, 375-i isə Hərbi Hava Qüvvələrinin hərbçiləridir. Hüquq-mühafizə orqanlarındakı mənbə agentliyə bildirib ki, FETÖ-yə qarşı tədbirlər davam etdiriləcək.

Xatırladaq ki, martın 22-də Türkiyənin 37 bölgəsində FETÖ şəbəkəsinə qarşı keçirilən əməliyyat çərçivəsində 126 nəfər saxlanılıb. Əməliyyatlar davam edir.