BAKI, 27 mart — Sputnik. Sumqayıtda Polad əritmə sexində partlayış baş verib.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə martın 22-də İnşaatçılar qəsəbəsinidə keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən Polad əritmə sexində qeydə alınıb.
Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.