QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Əliyevlə Paşinyanın görüşəcəyi təsdiqləndi

Görüşün Avstriyanın paytaxtı Vyana şəhərində keçirilməsi barədə razılıq əldə olunub
Sputnik

BAKI, 27 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev iki gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Minsk qrupunun həmsədrlərinin təklifi əsasında İlham Əliyev və Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.