HADİSƏ

Dövlət agentliyinin avtomobili qəza törətdi – VİDEO

Qəza nəticəsində yol infrastrukturuna ziyan dəyib
Sputnik

BAKI, 27 mart — Sputnik. Paytaxtda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yolların Mühafizəsi Xidmətinə məxsus avtomobil qəza  törədib.

Dövlət agentliyinin avtomobili qəza törətdi – VİDEO

Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə paytaxtın 6-cı mikrorayon ərazisində baş verib. Zərifə Əliyeva adına göz klinikasının yaxınlığında baş verən qəza nəticəsində avtomobil işıq dirəyinə çırpılıb. Nəticədə işıq dirəyi aşıb, avtomobilə və yol infrastrukturuna isə ziyan dəyib.