CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Diqlas"da fikir ayrılığı: Rəhbərlik "gözləyin" deyir, sahibkarlar kompensasiya istəyir

Araz Rəhimov bildirib ki, obyekt yenidən təmir edilməli və sahibkarlar yenidən çalışmalıdırlar
Sputnik

BAKI, 27 mart — Sputnik. "Diqlas" Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov bu gün zərərçəkmiş şəxslərlə görüşüb.

Sputnik Azərbaycan xəbər verir ki, o, ticarət mərkəzinin binasının yenidən təmir edilməsini və sahibkarların iş fəaliyyətini bərpa etməli olduğunu təklif edib: "Bizə dəstək olun. Mən də sizdən biriyəm. Mən ticarət mərkəzinin yarısını idarə edirəm. Sığortanı isə sahibkarlar etməli idi".

"Diqlas" yenidən alovlanıb

A. Rəhimov qeyd edib ki, obyekt yenidən təmir edilməli və sahibkarlar yenidən çalışmalıdırlar: "Ən optimal variant odur ki, mən sahibkarla görüşüm, sonra sizə danışım. Mən idarəçiyəm və necə idarə etmişəm, hamı görüb. Bundan sonra aranızdan 15 nəfər seçin və onlar da mənimlə birgə hərəkət etsinlər. Provokasiyalara inanmayın. Mən sizə özüm xəbər edəcəyəm".

A. Rəhimov həmçinin əlavə edib ki, zərərçəkmişlərə 1000 manatdan pul paylansa da, bu sahibkarlara heç nə verməyəcək.

Zərərçəkmişlər isə bu pulu istəmədiklərini, onlara dəymiş zərərin ödənilməsini tələb ediblər: "Aprel ayı idi. Hamı yeni mal vurmuşdu. Qışda olsaydı, bizə bu qədər təsir etməzdi. Biz kompensasiya istəyirik. Bizim çıxış yolumuz ancaq budur. Başqa heç nə istəmirik".