"Diqlas" yenidən alovlanıb

Yanğın saat 04:00 radələrində söndürülüb
Sputnik

BAKI, 27 mart — Sputnik. Bu gün gecə saatlarında "Diqlas" Ticarət Mərkəzinin zirzəmisində yenidən yanğın olub. Sputnik Azərbaycan xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri qısa zamanda alovun qarşısını alıblar.

Yanğın saat 04:00 radələrində söndürülüb.

Xatırladaq ki, ötən gün paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın olub. Hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı bir sıra mağazalar yanaraq külə dönüb.