CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkənin daha bir strateji istiqamətində yol çəkilir

İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon manat ayırıb
Sputnik

BAKI, 27 mart — Sputnik. Prezident İlham Əliyev "Lənkəran rayonunun Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan–Mamusta–Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.