RUSİYA

Təhlükəsizlik generalının meyiti öz evində aşkar edildi

Zabit paytaxtın şimalında yaşayıb
Sputnik

BAKI, 27 mart - Sputnik. Moskvada mənzillərin birində Federal Təhlükəsizlik Xidməti (FTX) generalının meyiti tapılıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarında olan mənbə məlumat verib.

Onun sözlərinə görə, zabit paytaxın şimalında yaşayıb. Orada FTX-nin təqaüd vəsiqəsi də aşkarlanıb. Mənbənin məlumatına əsasən, meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Hazırda hüquq-mühafizə orqanları generalın hansı səbəbdən öldüyünü araşdırır. 

Qeyd edək ki, dünyasını dəyişmiş 59 yaşlı Sergey Sokolov FTX-nin idarələrindən birində rəhbər vəzifədə çalışıb. Onun mənzilində odlu silah, "Glock" tapançası, travmatik tapança, ov tüfəngi və 150 güllə aşkarlanıb.