BAKI, 26 mart - Sputnik. Bakının Nizami rayonundakı Qara Qarayev keçəsindəki “Diqlas” Ticarət Mərkəzində davam edən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.
Sputnik Azərbaycan-a şahidlərin verdiyi məlumata görə, alov şiddətlənərək "8-ci kilometr" bazarındakı bir neçə obyekti də bürüyüb.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür. Tələfat yoxdur.
"Diqlas" ticarət mərkəzi isə yanaraq külə dönüb. Mərkəzin dəmir konstruksiyaları belə yanğından deformasiyaya uğrayıb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerindədir.