HADİSƏ

Bakının mərkəzində “Səkkizinci kilometr” bazarı yanır - FOTO

Əraziyə 15 yanğınsöndürən cəlb edilib, alovun qarşısını almaq mümkün deyil
Sputnik

BAKI, 26 mart — Sputnik. Bu dəqiqələrdə Bakının Nizami rayonunda yerləşən “Səkkizinci kilometr” bazarı yanır. Sputnik Azərbaycan-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, alov böyük bir ərazini əhatə edib.

Bakının mərkəzində “Səkkizinci kilometr” bazarı yanır - FOTO

İlkin məlumata görə, yanğın səhər 8:20 radələrində bazarın ərazisində yerləşən “Diqlas” ticarət mərkəzində başlayıb. Hazırda hadisə yerinə 15-ə yağın yanğınsöndürən maşın, polis və təcili yardım briqadaları cəlb edilib. Hələlik bütün cəhdlərə baxmayaraq, alovun qarşısını almaq mümkün olmayıb.

Ərazidə ara-sıra partlayış səsləri eşidilir. Güman edilir ki, bazarın içində alova həssas tikinti materialları partlayır.

Bakının mərkəzində “Səkkizinci kilometr” bazarı yanır - FOTO

Qeyd edək ki, ticarət mərkəzinin birinci və ikinci mərtəbələrində tikinti materialları və geyim əşyaları, zirzəmisində, eləcə də üçüncü və dördüncü mərtəbələrində geyim əşyaları satılır.

“Diqlas” bazarın digər ərazilərinə sıx yerləşdiyindən, alovun başqa ərazilərə də yayılma təhlükəsi var.