CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarayev prospektində tətbiq edilən məhdudiyyət davam edəcək

BNA hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyə edir
Sputnik

BAKI, 26 mart - Sputnik. Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam etdiyindən 27.03.2019 tarixində də həmin ərazidən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar dəyişilmiş sxem üzrə hərəkət edəcəklər.

Paytaxtın Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Sputnik Azərbaycan-ın Bakı Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, İntelektul İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir.

BNA hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyə edir. Hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş olunur.