AVRO-2020-nin seçmə mərhələsi: Kvalyarellanın rekordu, Skandinaviya dramı

İtaliya və İspaniya qalib gəliblər, İsveçrə-Danimarka və Norveç-İsveç oyunları 3:3 hesabı ilə başa çatıb.
Sputnik

“D” QRUPU

İsveçrə - Danimarka 3:3

Danimarkalılar son dəqiqələrdə üç qol vuraraq inanılmaz bir “kambek” ediblər. Remo Froylerin, Qranit Djakanın və Brel Embolonun qollarından sonra Danimarka millisinin şansının qalmadığı düşünülürdü. Lakin Matias Yorgensenin, Kristian Gütkyerin, eləcə də əlavə vaxtda Henrik Dalsqorun qolları ilə hesab bərabərləşib.

İrlandiya - Gürcüstan 1:0

Konor Huriheyn heyrətamiz cərimə zərbəsi ilə İrlandiya millisində ilk qolunu vurub. Bu qol irlandların seçmə mərhələdə ardıcıl ikinci qələbə qazanması üçün kifayət edib. Qonaqlar sonda heç-heçə əldə edə bilərdilər. Caba Kankavanın uzun məsafədən güclü zərbəsi qapı tirinə tuş gəlib.

“F” QRUPU

Rumıniya - Farer Adaları 4:1

Norveç - İsveç 3:3

Şimal komandalarının iştirakı ilə daha bir həyəcan dolu matç Norveçdə baş tutub. Byorn Yonsenin və Coşua Kinqin norveçliləri önə keçirməsindən sonra Viktor Klasson isveçlilərə ümidini qaytarıb. Hovard Nordtveytin avtoqolu isə bərabərliyi bərpa edib. Klassonun ötürməsindən sonra Robin Kvayson fərqlənə bilib. 97-ci dəqiqədə isə Kamara başla bərabərlik qolunu vurub.

Malta - İspaniya 0:2

Alvaro Morata hər iki yarıda bir qol vurub və İspaniya seçmə mərhələdə ardıcıl ikinci matçını qazanıb. 30-cu dəqiqədə "Atletiko"nun forvardı dəqiq zərbə ilə fərqlənib, sonda isə Xesus Navasın ötürməsindən yararlanıb.

“J” QRUPU

Ermənistan - Finlandiya 0:2

Finlandiya Yerevandakı şanslarından istifadə edərək seçmə mərhələdə ilk xallarını qazanıb. 14-cü dəqiqədə Fredrik Yensen qapıçı Aram Hayrapetyanın qaytardığı topu Ermənistan millisinin qapısına göndərib. İkinci hissə finlərin üstünlüyü ilə keçib və Pürü Soyri ikinci qolu vura bilib. 

İtaliya - Lixtenşteyn 6:0

İlk hissədə iki penaltini reallaşdırmış Fabio Kvalyarella, İtaliya millisinin tarixində ən yaşlı qol vuran futbolçu olub. Bu arada lixtenşteynli Daniel Kaufman əllə oyuna görə qırmızı kart görüb. Hesabı Stefano Sensi açıb. Bu, onun İtaliya millisinin heyətində ilk qolu olub. Ondan sonra dəqiq zərbə ilə Marko Verratti hesabı artırıb. İkinci hissədə Moyze Ken və komandanın debütantı Leonardo Pavoletti fərqləniblər.

Bosniya və Herseqovina - Yunanıstan 2:2