QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İlham Əliyev və Nikol Paşinyanın görüş vaxtı açıqlandı

Qarabağ probleminin həlli istiqamətində daha bir addım atılacaq
Sputnik

BAKI, 25 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş martın 29-da Vyanada baş tutacaq.

Spunik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bununla bağlı Avstriya paytaxtındakı mənbə məlumat yayıb.

“Görüş martın 29-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək”, - mənbə bildirib.

Martın 14-də Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bəyan etmişdi ki, Bakı və Yerevan Azərbaycan prezidenti və Ermənistan baş naziri arasındakı görüşün vaxtını razılaşdırırlar.

Onun sözlərinə görə, həmçinin, iki ölkə xarici işlər nazirlərinin də görüşü hazırlanır.