HADİSƏ

Kütləvi dava olub, xəsarət alan var

29 yaşlı kişi döyülərək xəstəxanaya düşüb
Sputnik

BAKI, 25 mart — Sputnik. Cəlilabadda tanışların mübahisəsi kütləvi davaya çevrilib.

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, nəticədə Uzuntəpə kənd sakini, 1990-cı il təvəllüdlü İlkin Azər oğlu Abışov xəsarət alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.