AVRO-2020-nin seçmə mərhələsi: şanslı Ukrayna, inamlı İngiltərə və Fransa

Ukrayna 93-cü dəqiqədə avtoqol hesabına qalib gəlib, Fransa və İngiltərə isə üst-üstə 9 qol vurublar.
Sputnik

“A” QRUPU

Monteneqro - İngiltərə 1:5

Qonaqlar tez qol buraxıblar, lakin fasiləyədək vəziyyəti ələ ala biliblər. Maykl Kinin, Hari Keynin, Rahim Sterlinqin və Ros Barklinin vurduğu qollar ingilisləri 3 xalla, eləcə də “AVRO” və Dünya Kuboku seçmələrində (32 matçlıq) məğlubiyyətsizlik seriyası ilə təmin edib.

Kosovo - Bolqarıstan 1:1

Kosovolular “AVRO”nun seçmə mərhələsindəki debütlərini Bolqarıstanla heç-heçə ilə qeyd ediblər. Ev sahibləri Vasil Bojikovun qoluna Arber Zenelinin uzaq məsafədən vurduğu güclü və dəqiq zərbə ilə cavab veriblər.

“B” QRUPU

Portuqaliya – Serbiya 1:1

Fasilədən əvvəl Danilu inanılmaz zərbə ilə hesabı bərabərləşdirib, lakin bu, meydan sahiblərinə yalnız heç-heçə gətirib. Bu vəziyyət çətin ki, zədə səbəbi ilə Kriştianu Ronaldunun itirmiş Portuqaliyanı sevindirsin. Serblər Duşan Tadiçin penaltindən vurduğu qol sayəsində seçməyə heç-heçə ilə başlayıblar.

Lüksemburq - Ukrayna 1: 2

Oyunda ukraynalıların bəxti əməlli-başlı gətirib. Belə ki, Jerson Rodriges topu öz qapısına vurub. Bundan əvvəl isə ilk hissədə Viktor Tsıqankov millidə ilk qolunu vuraraq Deyv Türpelin qolundan sonra bərabərliyi bərpa edib.

“H” QRUPU

Fransa - İslandiya 4:0

Oliviye Jiru Fransa millisinin tarixində ən çox qol vuranlar siyahısında üçüncü pilləyə qalxıb. İslandiya ilə görüşdə hücumçu Fransa üçün 35-ci qolunu vurub. Samuel Yumtiti, Kilian Mbappe və Antuan Qrizman da hərəsi bir qol vurub.  

Türkiyə - Moldova 4:0

Cenk Tosun hər iki yarıda bir qol vurub və Türkiyə heç bir problem olmadan ard-arda ikinci dəfə qapısında  qol görmədən qələbə qazanıb. Hasan Ali Kaldırım və Kaan Ayhan ilk dəfə millidə fərqləniblər. Moldova isə ardıcıl olaraq ikinci dəfə dörd qol buraxaraq məğlubiyyətə uğrayıb.

Andorra – Albaniya 0:3

Albanlar seçmə mərhələdə ilk qələbələrini asanlıqla əldə ediblər. Qolları Armando Sadiku, Bekim Balay və Amir Abraşi vurublar.