CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kökünü kəsməyə az qalmışdı, yaxşı ki vaxtında tövbə edirik

Meşələri kəsib-doğramışıq, kötük üstündə bayram edirdik
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində yaz əkini ilə əlaqədar yeni əkinə start verilib. Təsərrüfat Qəbələ və Oğuz rayonlarını əhatə edən Regional Mərkəzin direktoru İlqar Qəribov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, bu il də rayonlarda meşəsalma və yeni ting ağacların artırılması istiqamətində işlər davam etdiriləcək. Hazırda Oğuz rayonunda da "Yazı özümüz yaradaq" adlı aksiya başlayıb. Bu aksiyada şam, şərq çinarı, ağcaqayın, cökə və sair kimi ağaclar əkilir.

Kökünü kəsməyə az qalmışdı, yaxşı ki vaxtında tövbə edirik

Mərkəzin direktoru deyib ki, hazırda əsas işlərdən biri də meşələrin mühafizəsidir: "Məlum olduğu kimi, ərazilərə kameralar qoyulub və izləmə işləri aparılır. Meşələrə nəzarət nəticəsində bu günə kimi 8 min manat məbləğində cərimələr tətbiq olunub. Bu da, əsasən, qanunsuz meşə qırımı, qanunsuz şəkildə kömür basma, ərazilərin zibillənməsi ilə bağlıdır. Kömür işlərində meşənin qırılmasında, əsasən, Qəbələnin Həmzəlli, Tikanlı, Abrıx kəndlərində, Oğuz ərazisində isə Calud, Azərbaycan 60 və Muxas kəndləridir".

Bu ərazilərdə meşələrə ən yüksək təzyiqlərin olduğunu bildirən İ.Qəribov bunun səbəblərinə də açıqlayıb: "İndiyə kimi 12 cinayət faktı aşkarlanıb və müdaxilə olunub. İnsanların meşələrə təzyiqinin başlıca səbəbi gəlir məqsədilə kömür basma və kəndlərdə qaz olmamasıdır. Dağlara söykənən kəndlərdə ağac qırımı daha çoxdur. Qaz olmayan kəndlər nəzərə alınaraq, dövlət tərəfindən qırım üçün müəyyən ərazilər ayrılıb. Bu ərazilər, əsasən, hərbi hissə, uşaq bağçaları, məktəblər və digər imtiyazlı şəxslərin odun tələbatını ödəmək üçün nəzərdə tutulub".

Kökünü kəsməyə az qalmışdı, yaxşı ki vaxtında tövbə edirik

"Meşələrin qorunmasındakı problemlərdən biri də mal-qaranın meşələrə buraxılmasıdır. Pay torpaqlar bölüşdürüldükdən sonra otlaq sahələri azaldı, digər torpaqlar əkin üçün istifadə olundu. Mal-qara da məcbur şəkildə dağlara və meşələrə üz tutub. Bu, həm də təbii artıma böyük çətinliklər yaradır" – deyə qurum rəsmisi vurğulayıb.

İ.Qəribov qeyd edib ki, bütün problemlərə baxmayaraq, hazırda əhali ilə işlər aparılır və maarifləndirici görüşlər təşkil olunur: "Ən çox problemin olduğu Oğuz rayonunun Muxas kəndidir ki, burada əhali kütləvi şəkildə kömür basma ilə məşğuldur. Burada insanlar maarifləndirilirlər və onlara kömür basmanın ziyanlarından danışılır. Kömür basma ilə məşğul olanlarda, ağ ciyər və tənəffüs yolları xəstəliklərinin çox olduğu vurğulanır. Təbii ki, bütün problemlərin qarşısını tam almaq mümkün deyil. Gözləyirik ki, bu yaxınlarda kömür basma ilə bağlı müəyyən qanun layihəsi təqdim olunsun".

İdarə rəisinin sözlərinə görə, meşələrin qorunması üçün artıq yeni metodlar tətbiq olunur. Bunlardan ən başlıcası meşələrin atlı meşəbəyilər tərəfindən operativ və çevik şəkildə qorunmasıdır.

"Meşəbəyilərin işə qəbulu zamanı onların at minmə bacarığı və şəxsi atlarının olması əsas amillərdən biri kimi götürülür. Atlı meşə işçilərinin meşələrə nəzarəti həm rahatlıq baxımından, həm də bütün ərazinin nəzarətdə saxlanılması üçün olduqca səmərəlidir" - deyə həmsöhbətimiz vurğulayıb.